EN

"Bakıda avtobusların sayı kifayət qədər azdır" - EKSPERT AÇIQLADI

“Ölkədə ictimai nəqliyyatla bağlı məsuliyyət ona nəzarət edən qurumun üzərinə düşür”. Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.

Ekspertin sözlərinə görə, ictimai nəqliyyat deyəndə mərkəzdən əlavə ətrafyanı ərazilər, Bakının qəsəbə və kəndləri də nəzərdə tutulur: “Qəsəbə və kəndlərdə ictimai nəqliyyat problemi daha çox nəzərə çarpır. Bu problem avtobusun texniki baxımdan yararsız olmasından, interval müddətinin çox olmasından və digər səbəblərdən yaranır. Onu da vurğulamaq lazımdır ki, avtobusların sayı kifayət qədər azdır. Bu məsələlərə nəzarət edən qurum qanunvericilik üzərindən cəlbedici təkliflər verməlidir ki, iş adamlarının marağı artsın. Bu artıq böyük bir layihədir və üzərində işləməyə ehtiyac yaranır”.

R.Həsənov bildirib ki, interval və avtobus parkının yenilənməsi üçün həmin marşrutda çalışan avtobus parkı sahiblərinə hardasa güzəşt təklif olunmalıdır ki, buna maraq yaransın: “Yalnız bundan sonra avtobusların sayı, intervalı, texniki göstəriciləri epidemioloji göstəriciləri yaxşılaşdırıla bilər”.

Müəllif: Rəşid Qarayev
Chosen
283
50
sia.az

10Sources