EN

Rusiya təyyarəsi Belqorod yaxınlığında hava bombası “atdı”

Rusiya hərbi təyyarəsi Belqorod vilayətində bəndə havadan bomba atıb.

 

Oxu24.com  xəbər  verir  ki,Rusiyanın ASTRA Telegram kanalı təyyarənin Rusiya ərazisindəki bəndin üzərinə hava bombası atdığını bildirib.

 

Bu, yanvarın 21-də baş verib.

 

“Hovuzda FAB-250 hava bombası tapılıb. ASTRA-nın məlumatına görə, sursatın buraxılması nəticəsində bənd qismən zədələnib. Xəsarət alan olmayıb”, - telekanal yazır.

 

Rəsmi olaraq Rusiya Müdafiə Nazirliyi bu hadisəni şərh etmir.

 

Müəllif: Nigar

 

Chosen
256
50
oxu24.com

10Sources