Kriştiano Ronaldo avtomobil kolleksiyasını bir qədər də zənginləşdirib. Portuqaliyalı futbolçu özünə yeni avtomobil alıb.
“Əl-Nəssr”in 38 yaşlı forvardı ən son model sayılan “Ferrari Puroseync” avtomobilinə yiyələnib. Ulduz futbolçu sosial şəbəkə hesablarında yeni avtomobili ilə foto paylaşıb.
“Marca” qəzetinin məlumatına görə, bu avtomobilin qiyməti 400 min funt sterlinqə (466 min avro) bərabərdi.
Yeri gəlmişkən, Ronaldonun “Bugatti Chiron”, “Bugatti Veyron Grand”, “Ferrari Monza” və “Maklaren Senna” markalı avtomobilləri də var.