Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Luis Nani gündəmi alt-üst edən açıqlama verib.
"Cebhe.info" xəbər verir ki, o, dünya ulduzu Kriştiano Ronaldo ilə arasında keçən dialoqdan bəhs edib.
Nani Ronaldonun ondan Türkiyəni soruşduğunu etiraf edib:
"Mən "Fənərbağça"da oynayanda Kriştiano Ronaldo ilə bu barədə milli komandada olarkən danışırdıq. O, Rikardo Quareşmaya və mənə liqanı kimin qazanacağı haqda suallar verirdi. Yəni çempionluqla bağlı söhbətlərə o da daxil olurdu. Hətta bizlə zarafatlaşırdı. Bizdən Türkiyə və buradakı azarkeşlərlə bağlı da soruşurdu".
37 yaşlı futbolçu həmyerlisinin Türkiyəyə transfer olunması ehtimalından da danışıb:
"Ronaldo heç vaxt mənə Türkiyəyə gəlmək haqqında bir şey deməyib, amma bu, futboldur. Niyə də olmasın? Gələcəkdə nə olacağını bilmək olmaz. Ronaldo hazırda Səudiyyə Ərəbistanındadır və futbolu çox sevir".