EN

Rusiyalı fərari 6 il müddətinə cəza çəkməyə göndərilib

Maykop qarnizonu hərbi məhkəməsi Rusiyanın Ukraynaya qarşı müharibəsinə səfərbər edilmiş Yevgeni Antoşkini fərarilikdə təqsirli bilib və 6 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə göndərib.

Təqsirləndirilən şəxs günahını etiraf edib, lakin məhkəmədə ifadə verməkdən imtina edib. SİA bu barədə rus saytlarına istinad edir.

İş materiallarından göründüyü kimi, Antoşkin 2022-ci ilin oktyabr ayından səfərbərlik xidmətində olub. Martın 9-da bölmənin tərkibində döyüş bölgəsinə göndərilsə də, lakin aprelin 23-də oradan qaçaraq Krasnodar diyarının Beloreçensk şəhərinə evlərinə gəlib. Oktyabr ayında o, polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hərbi hissə səfərbərliyə alınan şəxsə, yəni Antoşkinə mənfi səciyyə verib. Komandir, iddia edib ki, Antoşkin xidmət etdiyi müddətdə tez-tez spirtli içki qəbul edib, həmkarlarını və birbaşa komandirləri aldadıb. Belə ki, o,bir ay yarım xidmət müddətində iki intizam pozuntusu törətməyə nail olub.

...Yevgeni Antoşkini beş ildən on beş ilədək həbs cəzası gözləyirdi.

Amma məhkəmənin hökmü ilə o, altı il müddətinə ciddi rejimli koloniyada cəza çəkmək və kiçik çavuş hərbi rütbəsindən məhrum edilib.

Nazlı

Chosen
487
50
sia.az

10Sources