EN

Səidə 5 həmkarını yıxıb-sürüdü - “Civi”, sex işçisi..." - VİDEO

"O beş xanım müğənni (Vəfa Şərifova, Nəfəs, Zeynəb Həsəni, Şəbnəm Tapdıq, Damlanı nəzərdə tutur - red.)  gərək yaxşı mahnılar oxusunlar. Kafe musiqiləri oxumaq lazım deyil.

"Civi", sex işçisi yox, əsl musiqiçi olmaq lazımdır. Onların təkcə oxuduğu mahnılarda yox, görüntüdə belə problem var. Zövqsüzlük, "qıjılıqdır"".

Day.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Həmin Zaur" verilişində deyib.

Sənətçi gənc həmkarlarını zövqsüz adlandırıb:

"Onları düzəltmək mümkün deyil. Çünki onlar elə doğulublar. Təbiətləri elədir. Onların xarici görkəmlərini nə qədər düzəltsən də, daxillərində "qıjılıq" var. O beş xanım müğənnilərin dünyaya baxış pəncərələri kiçikdir. Elə bilirlər ki, onları tək azərbaycanlılar görür. Onlar "qıjıvaridir".

Chosen
474
4
day.az

4Sources