EN

Ankarada silahlı hücum zamanı 3 nəfər yaralanıb

Türkiyənin Ankara şəhərində silahlı hücum nəticəsində 3 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Altındağ rayonunda bir qrup gəncə axşam vaxtlarında naməlum şəxs tərəfindən atəş açılıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Yaralılar hadisə yerinə gələn təcili yardımlarla xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Şəbnəm Mehdizadə

Chosen
421
37
e-huquq.az

10Sources