Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Paytaxtın Hüseyn Cavid prospektində qayda pozan piyada təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 2-də səhər saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, piyada park edilmiş avtomobillərin arasından qəfil çıxaraq hərəkət hissəsinə daxil olub. Bu zaman ərazidən keçən avtomobillə toqquşma riski yaranıb.
Xoşbəxtlikdən sürücü vəziyyəti vaxtında fərq edərək piyadanı vurmadan hərəkətini davam etdirib, piyada isə geri çəkilərək təhlükədən yayınıb.
Qeyd edək ki, bu cür hallar yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Piyadalar nəzərdə tutulmayan yerlərdən qəfil çıxmamalı, sürücülər isə yaşayış və sıx hərəkətli ərazilərdə daha diqqətli olmalıdırlar.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.