EN

Tramp Xamenei ilə görüşmək istəyir

ABŞ Prezidenti Donald Tramp Möctəba Xamenei ilə görüşmək istədiyini bildirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, o bu barədə "The New York Post​​​​" nəşrinə verdiyi müsahibədə bildirib.

"Mən hamı ilə görüşmək istərdim. Onunla da görüşmək istərdim və yəqin ki, hadisələrin hansı şəkildə inkişaf etməsindən asılı olaraq nə vaxtsa görüşəcəyik", - deyə Tramp bildirib.

Tramp hesab edir ki, Möctəba Xamenei Tehranla Vaşinqton arasında aparılan danışıqlar prosesinə cəlb olunub və silahlı münaqişənin başa çatdırılması ilə bağlı qərarların qəbulunda iştirak edir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Chosen
4
5
day.az

6Sources