AZ

Tramp: Möctəba Xamenei ilə görüşmək istərdim

Tramp:
ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri  Möctəba Xamenei ilə görüşmək istədiyini bildirib. 1news.az xəbər verir ki, bu barədə o, "The New York Post" nəşrinə müsahibəsində danışıb.
“Hamı ilə görüşmək istərdim. Onunla da görüşmək istərdim və ehtimal ki, hadisələrin inkişafından asılı olaraq nə vaxtsa bu baş verəcək”, – deyə Tramp bildirib. Tramp hesab edir ki, Möctəba Xamenei Tehranla Vaşinqton arasında aparılan danışıqlar prosesinə cəlb olunub və mümkün silahlı münaqişənin başa çatdırılması ilə bağlı qərarların qəbulunda iştirak edir. Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin iri şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İrandan qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei də daxil olmaqla, rəhbərliyin bir sıra əsas fiqurlarının həlak olduğu bildirilir. Bundan sonra İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb. Eyni zamanda İranın ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə hədəfə aldığı bildirilir.

Münaqişə regionun enerji infrastrukturu və dəniz nəqliyyatında ciddi risklər yaradıb. Hörmüz boğazında yaranan gərginlik səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. Aprelin 7-də isə tərəflər hərbi eskalasiyanın qarşısını almaq və danışıqlara imkan yaratmaq məqsədilə təxminən iki həftəlik müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Seçilən
0
5
1news.az

6Mənbələr