Kiyev, 3 iyun, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rutte gözlənilmədən Ukraynaya səfər edib.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, o, Kiyevə qatarla gedib.
NATO-nun Baş katibini dəmiryol vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Ruttenin bir sıra rəsmi görüşlər keçirməsi planlaşdırılıb. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də nəzərdə tutulub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev