Ağ Ev Müxbirləri Assosiasiyasının 25 apreldə prezident Donald Trampa qarşı sui-qəsd səbəbindən yarımçıq qalan toplantısı iyulun 24-də keçiriləcək.
Musavat.com xəbər verir ki, bununla bağlı Donald Tramp Truth Social hesabında paylaşım edib.
O, özünün də qatılacağı şam yeməyinin onun keçmiş hotelində keçiriləcəyini açıqlayıb: "Maraqlıdır ki, məkan Pensilvaniya prospektindəki Waldorf Astoria - mənim tikdiyim bina və bal zalı olacaq".
Qeyd edək ki, Tramp 2022-ci ilin may ayına qədər Vaşinqtonun mərkəzindəki Trump International Hotel-ə sahib idi. Daha sonra yeni sahiblər onun adını Waldorf Astoria qoyublar.
Musavat.com