EN

Piyadalar üçün yenilik - sürətli və yavaş gedənlər üçün ayrı-ayrı zolaqlar

Cənubi Koreyada nəqliyyat sistemində sürətli və yavaş hərəkət edən piyadalar üçün ayrıca zolaqların tətbiqinə başlanılıb.

Yeni layihənin məqsədi izdihamlı yerlərdə hərəkət zamanı stress səviyyəsini azaltmaq və həm tələsən, həm də rahat tempdə hərəkət edən insanlar üçün daha komfortlu şərait yaratmaqdır.

Məlumata görə, səkilər iki hissəyə bölünür: mavi zolaq şəhərdə adi piyadaların hərəkəti üçün nəzərdə tutulub, yaşıl zolaq isə yavaş axın üçün ayrılıb.

Yaşıl zolaq əsasən yaşlı insanlar, çamadanla hərəkət edən turistlər, uşaqlı ailələr və tələsməyən piyadalar üçün nəzərdə tutulur. Bu addımın piyadaların hərəkətini daha nizamlı və rahat etməsi gözlənilir.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
23
2
olaylar.az

10Sources