EN

Ərdoğan Paşinyanla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional məsələlər müzakirə olunub.
Qeyd edilib ki, Paşinyan telefon danışığı zamanı Ərdoğanı ötən Qurban Bayramı münasibətilə təbrik edib.
Ərdoğan iki ölkə arasında normallaşmanın birbaşa ticarətin başlanmasına yönəlmiş addımlarla davam etdiyini bildirib və bölgədə sülh və sabitliyi dəstəklədiklərini vurğulayıb.
Chosen
31
3
yeniavaz.com

7Sources