EN

Səddi dağılan Ohanyan danışdı: ordunu biz qurmuşuq

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Baş nazir Nikol Paşinyanın ordunun “sıfırdan qurulması” ilə bağlı fikirlərini tənqid edib.

Musavat.com xəbər verir ki, Xocalı soyqırımının əsas təşkilatçılarından olan və Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak etmiş Ohanyan bildirib ki, Paşinyanın Ermənistan Silahlı Qüvvələrinin yaradılmasına heç bir aidiyyəti yoxdur.

Müxalifətdəki “Ermənistan” blokunun nümayəndəsi qeyd edib ki, ordu bütün erməni xalqının, Qarabağdakı qondarma separatçı rejimin ermənilərinin, Ermənistanın və diasporun birgə səyləri ilə sıfırdan formalaşdırılıb.

Ohanyan diqqətə çatdırıb ki, həlak olmuş hərbçilərin xatirəsinə təşkil olunan mərasimdə artilleriya yaylım atəşi məhz köhnə silahlardan həyata keçirilib.

Sabiq müdafiə nazirinin sözlərinə görə, 2018-ci ildən sonra qəbul edilən bir sıra qərarlar ordunun idarəetmə sisteminə, təşkilati mexanizmlərə və hərbi intizama mənfi təsir göstərib. O iddia edib ki, bu problemlər 44 günlük müharibə zamanı daha aydın şəkildə üzə çıxıb.

Musavat.com

Chosen
88
10
musavat.com

10Sources