EN

Bu qurumlar təcili özəlləşdiriləcək

“AZCON Holding”in başlıca hədəflərindən biri son nəticədə nəqliyyat, telekommunikasiya və rəqəmsal sahədə fəaliyyət göstərən qurumları özəlləşdirməyə hazır vəziyyətə gətirməkdən ibarətdir.

Bu barədə “AZCON Holding”in icraçı direktoru Şahin Babayev bildirib.

O əlavə edib ki, “AZCON Holding” nəqliyyat, telekommunikasiya və rəqəmsal infrastrukturu vahid ekosistem halında mərkəzləşdirən bir qurumdur: “Əsas məqsədimiz bu qurumların institusional inkişafını təmin etmək, onların əməliyyat effektivliyini və rəqabətqabiliyyətini artırmaqdır. Holdinqin qurulmasını zəruri edən bir sıra mühüm amillər mövcud idi. Birinci amil dövlət büdcəsi üzərindəki maliyyə yükünün həddindən artıq yüksək olması ilə əlaqədardır. Dövlət büdcəsindən Holdinqin nəzarətindəki qurumlara həm subsidiya, həm də investisiya xarakterli müxtəlif ödənişlər edilirdi və əsas məsələ bu ödənişlərin effektivliyinin yüksəldilməsindən ibarət idi. Burada başlıca məqsəd həmin subsidiyanın daha nəticəli istifadə edilməsi, ayrılmış investisiya vəsaitlərinin geri qayıtması və gəlir baxımından öz həcmini daha səmərəli əks etdirməsindən ibarət idi”.

Chosen
53
2
azpost.info

3Sources