EN

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,57 ABŞ dolları və ya 3,24% ucuzlaşaraq 106,48 ABŞ dollarına enib.

Bu barədə Day.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,51 dollar və ya 3,26% ucuzlaşaraq 104,22 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,05 dollar və ya 4,76% azalaraq 81,00 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,45 dollar və ya 3,22% azalaraq 103,78 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Chosen
48
19
day.az

10Sources