Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,57 ABŞ dolları və ya 3,24 % azalaraq 106,48 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 103,78 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,51 ABŞ dolları və ya 3,26 % azalaraq 104,22 ABŞ dolları təşkil edib.