Bu ilin yanvar-aprel aylarında Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsiri 17,6 % təşkil edib ki, bu da ötən eyni dövrü ilə müqayisədə təxminən 2 faiz bəndi azdır.
Publika.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində bildirib.
"Bu, aparılan siyasətin, sağlamlaşmanın, fiskal sektorun neft amilindən asılılığının azaldılmasının ən gözəl göstəricilərindən biridir. Növbəti dövr – 2027-ci il və sonrakı dövr üzrə hədəfləri açıqlayanda bu göstəriciyə xüsusi önəm verəcəyik. Çünki bu göstəricinin aşağı salınması Azərbaycanın dövlət büdcəsinin, makrofiskal siyasətinin və o cümlədən makroiqtisadi çərçivəsinin neft sektorundan asılılığının minimallaşdırılması deməkdir.