EN

Trabzonspor Şimanskini transfer edə bilər

ain.az, Qol.az saytına istinadən bildirir.

"Trabzonspor" Şimanskini transfer edə bilər

"Fənərbaxça"nın heyətindəki uğurlu çıxışından sonra qış transfer pəncərəsində Fransa Liqa 1 təmsilçisi "Renn"ə keçən Sebastyan Şimanski yenidən Türkiyəyə qayıda bilər.

QOL.az xəbər verir ki, Fransa mətbuatının yaydığı məlumata görə, "Trabzonspor" polşalı futbolçunun transferi üçün hərəkətə keçib. Klubun oyunçunun meneceri ilə ilkin danışıqlar apardığı və transfer şərtlərini müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, Şimanskinin Fransa klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
qol.az

2Sources