EN

Qırğızıstan və İran liderləri telefon danışığı apardı

BAKI, 26 may. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İran tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Məsud Pezeşkian və Sadır Japarov ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Liderlər qarşıdan gələn Qurban bayramı münasibətilə bir-birini təbrik edərək, xalqlara sülh və firavanlıq arzulayıblar.

Chosen
18
teleqraf.com

1Sources