EN

Belçikada qatarla məktəb avtobusu toqquşub: Çoxlu sayda ölən var

Belçikada qatarla məktəb avtobusu toqquşub: Çoxlu sayda ölən var

Belçikanın Şərqi Flandriya əyalətində qatar və məktəb avtobusunun toqquşması nəticəsində həyatını itirənlərin olduğu bildirilir.

AFN.az xəbər verir ki, Belçikanın Flamand bölgəsinin ictimai yayımçısı VRT televiziyasının yaydığı məlumata görə, hadisə Şərqi Flandriyanın Buggenhaut bölgəsində səhər yerli vaxtla saat 08:08-də qeydə alınıb.

Məktəb avtobusunda 7-si uşaq olmaqla ümumilikdə 9 nəfərin olduğu, qatardakı təxminən 100 sərnişinin isə qəzadan sonra təxliyə edildiyi bildirilib.

Hadisə ilə bağlı açıqlama verən Belçika rəsmisi toqquşma nəticəsində çoxlu sayda insanın dünyasını dəyişdiyini bəyan edib.

Belçika Federal Polisinin rəsmisi An Berger ilk növbədə həyatını itirənlərin ailələrinə məlumat verildiyini qeyd edərək, avtobusda orta məktəb şagirdlərinin olduğunu açıqlayıb.

Belçikanın daxili işlər naziri Bernard Kintin sosial şəbəkə hesabından etdiyi paylaşımda qəza xəbərini böyük kədərlə öyrəndiyini bildirərək, dualarının həyatını itirənlər və onların yaxınları ilə olduğunu vurğulayıb, yaralılara şəfa diləyib və hadisə yerində operativ fəaliyyət göstərən operativ xidmət əməkdaşlarına təşəkkürünü çatdırıb.

Chosen
15
afn.az

1Sources