EN

"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək

"Sabah" əsas ulduzu Coy- Lens Mikelsi heyətində saxlamağı planlaşdırır.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, "bayquşlar" hücumçuya yeni müqavilə təklif edib. Şərtlərə əsasən, o, karyerasını Masazır təmsilçisində davam etdirsə, maaşı ikiqat artacaq.

İş ondadı ki, Mikels hələ bu təklifə müsbət cavab verməyib. O, başqa ölkələrdən gələn dəvətlər barədə düşünmək üçün klubdan vaxt istəyib.

Xatırladaq ki, ruandalı/almaniyalı 2021-23 aralığında da "bayquşlar"ın formasını geyib. Birillik Səudiyyə Ərəbistanı səyahətinin ardından 2024-də "Sabah"a qayıdan hücumçu son mövsümdə 25 premyer-liqa matçında 19 qol, 7 məhsuldar ötürməyə, 5 ölkə kuboku qarşılaşmasında 3 qol, 2 məhsuldar ötürməyə imza atıb. Mövsümün bombardiri olub.

KƏNAN BAHADIR

Chosen
14
2
football-plus.az

3Sources