EN

Əli Məsimli: "Çoxuşaqlı ailə modelinin 3 uşağa endirilməsi qadınların 5 il tez pensiyaya çıxmasına şərait yaradar"


"Çoxuşaqlı ailə modelinin 5 uşaqdan 3 uşağa endirilməsi qadınların 5 il tez pensiyaya çıxmasına şərait yarada bilər".

Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bu dəyişikliyin həm də sosial müavinətlərin əlçatanlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Bu addımın atılması qadınların sosial müdafiəsini gücləndirməklə yanaşı, həm də daha çox uşağın dövlət tərəfindən müavinət almasını mümkün edər".

Günay Şahmar, Bizim.Media

Chosen
43
1
bizim.media

1Sources