Argentinada çempionluğa iddialı hesab edilməyən "Belqrano" heyrətləndirməyi bacarıb.
Fanat.Az Argentinanın milli qəhrəmanı general Manuel Belqranonun adını daşıyan "The General" həlledici oyunda "River Pleyt"i 3:2 hesabı ilə məğlub edərək baş mükafata sahib çıxıb.
1905-ci ildə qurulan klub tarixində ilk dəfə titul qazanıb. Baxmayaraq ki, "general" cəmi beş il əvvəl ikinci liqada, kursantlar arasında oynayırdı.
Kluba 1990-cı illərin ortalarından bəri Argentinada məşqçilik edən Polşa əsilli, 66 yaşlı mütəxəssis Rikardo Zelinski rəhbərlik edir.
Mirağa