EN

Əfsanəvi caz musiqiçisi Sonni Rollins vəfat etdi

Dünya caz musiqisinin ən nüfuzlu simalarından biri hesab olunan amerikalı saksofon ifaçısı Sonny Rollins 95 yaşında vəfat edib.

Editor.az xəbər verir ki, musiqiçi ABŞ-ın Nyu-York ştatının Vudstok şəhərində yerləşən evində dünyasını dəyişib.  

Caz tarixində “Saksofonun nəhəngi” kimi tanınan Rollins 1940-cı illərin sonlarından etibarən musiqi fəaliyyətinə başlayıb və qısa müddətdə janrın ən təsirli sənətçilərindən birinə çevrilib. O, yaradıcılığı boyunca üç dəfə ABŞ-ın ən nüfuzlu musiqi mükafatı olan “Qremmi”yə layiq görülüb.  

2006-cı ildə Caz Tənqidçiləri Assosiasiyası tərəfindən “ilin ən yaxşı musiqiçisi” seçilən sənətçi, həmçinin ABŞ Milli İncəsənət Medalının sahibidir.  

Sonni Rollins karyerası ərzində 60-dan çox albom yayımlayıb. Onun “St. Thomas”, “Oleo”, “Doxy” və “Airegin” kimi əsərləri dünya caz musiqisinin klassik nümunələri hesab olunur.  

Musiqiçinin ölümü caz dünyasında böyük itki kimi qiymətləndirilir. Sosial şəbəkələrdə və musiqi ictimaiyyətində sənətçinin xatirəsinə çoxsaylı paylaşım və başsağlığı mesajları yayımlanır.

//Gülnarə Abasova, Editor.az

Chosen
19
editor.az

1Sources