EN

Adanı xilas etmək üçün nəhəng müdafiə divarı tikilir

Sakit okeanında dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi səbəbindən bəzi adaların su altında qalmasının qarşısını almaq üçün nəhəng müdafiə divarı inşa ediləcək. Metbuat.az xəbər verir ki,xüsusilə Nanumea ilə bağlı plan, yalnız sahil xəttini deyil, bütün adanı əhatə edən davamlı müdafiə xəttinin yaradılmasını nəzərdə tutur. Məlumata görə, Nanumea, Tuvalunun şimal hissəsində, Ficinin şimal-qərbində yerləşən mərcan adasıdır. Məqsəd güclü dalğaların və fırtınaların təsirini azaltmaqla yaşayış məntəqələrini qorumaqdır.

Layihə çərçivəsində sahil xətti boyunca böyük ölçülü qoruyucu səddin tikilməsi planlaşdırılır. Məlumata görə, bu divar dəniz suyunun adanın daxili ərazilərinə daxil olmasının qarşısını almaq məqsədi daşıyır. Divarın həm daşqın riskini azaltması, həm də yaşayış ərazilərini qoruması hədəflənir.

Chosen
2
12
metbuat.az

10Sources