Rusiya Silahlı Qüvvələri Kiyevdəki qərar qəbuletmə mərkəzlərinə və Ukrayna hərbi-sənaye kompleksinin müəssisələrinə zərbələr endirəcək.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Rusiya Federasiyasının Silahlı Qüvvələri Kiyevdəki Ukrayna hərbi sənaye müəssisələrinə, o cümlədən Kiyev rejiminin komplektləşdirici hissələrin tədarükü, kəşfiyyat məlumatlarının ötürülməsi və hədəf göstərilməsinə cavabdeh olan NATO mütəxəssislərinin köməkliyi ilə istifadə etdiyi PUA-ların layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və tətbiqinə hazırlıq üzrə konkret məkanlara ardıcıl şəkildə sistemli zərbələrin endirilməsinə başlayır. Zərbələr qərar qəbulu mərkəzlərinə və komanda məntəqələrinə də endiriləcək", – Rusiya XİN-in rəsmi saytında dərc olunmuş bəyanatda qeyd olunub.
Rusiya xarici siyasət idarəsi xüsusi olaraq vurğulayıb:
"Yuxarıda qeyd olunan obyektlərin bütün Kiyev ərazisində pərakəndə şəkildə yerləşməsini nəzərə alaraq, xarici vətəndaşları, o cümlədən diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəliklərinin heyətini şəhəri mümkün qədər tez tərk etməyə, Ukrayna paytaxtının sakinlərini isə Zelenski rejiminin hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamağa çağırırıq".
Bizim.Media