EN

Sabah bu ərazilərdə işıq olmayacaq

Naxçıvan Muxtar Respublikanın bir sıra şəhər və rayonlarında işıq olmayacaq.

Publika.az xəbər verir ki, aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad, S. Vurğun, Şəhriyar küçələrində, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bu səbəbdən mayın 26-ı saat 02:00-dan 04:00-dək həmin ərazilərdə elektrik enerjisinin verilişi dayandırılacaq.

Chosen
9
18
publika.az

10Sources