EN

Rusiya şantaja keçib Elxan Şahinoğlu

Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Zaxarovanın bu açıqlaması xarici ölkələrə şantaj xarakterlidir. Yəni Kreml müxtəlif ölkələrə mesaj göndərib ki, “Kiyevdəki səfirliklərinizin fəaliyyətini dayandırmasaz günahı özünüzdə axtarın, mərmilər səfirliklərə və dilpomatlara da tuş gələcək”. - Kiyevdə binası raket zərbələrindən ən çox zərər görən səfirlik Azərbaycana məxsusdur. Ukraynadakı keçmiş səfirimizi çıxmaq şərtilə müharibənin ilk illərindəki ağır günlərdə belə səfirliyimiz fəaliyyətini dayandırmayıb. Kremlə Kiyevdəki səfirliklərin koordinatları verilib. Moskva bu koordinatlarla hesablaşmır. Rusiya qoşunları 2022-ci ildə Kiyevə desant töküb Ukrayna paytaxtını işğal etmək istədikdə, tanklar şəhərə yaxınlaşanda xarici ölkə səfirlikləri fəaliyyətlərini dayandırmamışdılarsa, indi niyə qapanmalıdırlar?,- Şahinoğlu sual edib. Onun sözlərinə görə, hər bir ölkə xaricdə fəaliyyət göstərən diplomatlarının təhlükəsizliyini düşünməlidir, ancaq Moksva istəyir deyə Kiyevdə səfirliyi qapatmaq Rusiya qarşısında geri çəkilmək anlamı daşıyacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
azvision.az

1Sources