EN

Bakı–Tbilisi–Bakı qatarlarına nə qədər bilet satılıb?

Bakı-Tbilisi-Bakı marşrutu üzrə satışa çıxarılan 8 400 biletin artıq 70 faizi satılıb ki, bu da reysə olan yüksək tələbatın göstəricisidir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

"Ən yüksək satış göstəricisi Tbilisi-Bakı istiqamətində qeydə alınıb",-deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakıdan Tbilisiyə hərəkət edəcək qatar bu gün saat 21:00-da Bakı Dəmiryol Vağzalında olacaq. Sərnişinlərin qeydiyyatı saat 22:00-da başlayacaq, qatar isə saat 23:10-da yola düşəcək.

Chosen
6
day.az

1Sources