EN

12 yaşlı uşaq ölü tapıldı  

Fransanın Ren şəhərində 12 yaşlı uşaq ölü vəziyyədtə tapılıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, hadisə mayın 25-də şəhərin bir hissəsində yerləşən kolluq ərazidə qeydə alınıb. İlkin məlumata görə, uşağın meyiti boynuna bağlanmış yaş dəsmalla aşkarlanıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib.

Prokurorluğun açıqlamasına əsasən, ölümün boğulma nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı dərhal cinayət işi açılıb və aparılan araşdırmalar nəticəsində 16 yaşlı bir yeniyetmə saxlanılıb. Hazırda onun hadisədəki rolu və cinayətin motivi araşdırılır. Fransa hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün istintaqı davam etdirir. Ren prokurorluğu əlavə məlumatların yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını bildirib.

Chosen
21
1
bakivaxti.az

2Sources