EN

Antalyada turistləri daşıyan mikroavtobuslar toqquşdu: YARALILAR VAR

Antalyanın Serik rayonunda turistləri daşıyan mikroavtobusların toqquşması nəticəsində 13 turist xəsarət alıb.
 
Moderator.az İHA-ya istinadən xəbər verir ki, yerli vaxtla hadisə saat 05:00-da Belek-Kadriyə məhəlləsinin Turizm küçəsində qeydə alınıb. Qəza zamanı 7-si Rusiya, 6-sı isə Rumıniya vətəndaşı olmaqla 13 turist müxtəlif dərəcəli xəsarət alıb.
 
Hadisə yerinə təcili tibbi yardım və polis briqadaları cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar və onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
 
Hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırmalara başlayıb.
Chosen
26
2
moderator.az

3Sources