EN

​Serenay Sarıkaya saxlanıldı

Türkiyədə məşhurlara qarşı başladılan narkotik əməliyyatı çərçivəsində aktrisa Serenay Sarıkaya saxlanılıb. Metbuat.az xəbər verir ki, əməliyyat Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həyata keçirilib. Türkiyə mediasının yazdığına görə, daha əvvəl Sarıkaya barəsində saxlanılma qərarı verilsə də, onun ölkə xaricində olduğu bildirilirdi. Aktrisa bu gün Türkiyəyə qayıtdıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq çərçivəsində ümumilikdə 25 nəfər haqqında saxlanılma qərarı çıxarıldığı, onların arasında bir sıra məşhur simaların da yer aldığı bildirilir. Əməliyyat çərçivəsində bəzi şəxslər məhkəməyə göndərilib, bir nəfər isə həbs olunub.

Qeyd edək ki, Serenay Sarıkaya bir neçə gün əvvəl sosial media hesabında paylaşım edərək, ölkəyə qayıdıb bütün prosedurlarda iştirak edəcəyini açıqlamışdı.

Chosen
9
1
metbuat.az

10Sources