AZ

Serenay Sarıkaya saxlanıldı

Türkiyəli aktrisa Serenay Sarıkaya saxlanılıb.

Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, narkotik istintaqı çərçivəsində barəsində saxlanılma qərarı çıxarıldığı zaman xaricdə olan aktrisa İstanbula qayıdarkən saxlanılıb. 

Serenay ifadə verdikdən sonra analiz nümunələrinin götürülməsi üçün Ədliyyə Tibb Qurumuna göndərilib.

Qeyd edə ki, mayın 21-də məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində, aralarında Serenay Sarıkayanın da olduğu 25 nəfər barəsində saxlanılma qərarı verilmişdi. O, həmin vaxt ölkə xaricində idi.

Sarıkaya, saxlanılma qərarından sonra ölkəyə qayıdaraq lazımi prosedurları yerinə yetirəcəyini bildirmişdi.

Qeyd edək ki, əməliyyat nəticəsində Mabel Matiz (Fatih Karaca), Feyza Civelek, Volkan Bahçekapılı, Onur Tuna, Osman Haktan Canevi, Aslıhan Turanlı, Kübra İmren Siyahdemir, Mehmet Rahşan, Cansu Tekin, Özgür Deniz Cellat, Tarık Tunca Bakır, Aycan Yağcı, Tuğçe Postoğlu, Eda Dora, Berkay Şahin və Hanzade Gürkanlar “istifadə üçün narkotik və ya stimullaşdırıcı maddə almaq, qəbul etmək və ya saxlamaq, yaxud narkotik maddə istifadəni asanlaşdırmaq” ittihamları ilə saxlanılıb. Prosedurları tamamlananlardan 9-u sərbəst buraxılıb. Məhkəməyə göndərilən şübhəlilərdən Mehmet Rahşan həbs edilib.

Seçilən
19
9
bakivaxti.az

10Mənbələr