EN

Peresin taxtı laxladı: Yeni prezident kim olacaq?

İspaniyanın “Real Madrid” klubunda son 22 ildən sonra ilk dəfə prezident seçkilərində birdən çox namizəd iştirak edəcək. Klubda seçkiqabağı kampaniyaya artıq start verilib. Bu gün Seçki Komissiyasının kampaniyanın bir və ya iki həftə davam etməsi ilə bağlı qərar verəcəyi gözlənilir.

Vətəninfo.az xəbər verir ki, hazırkı prezident Florentino Peresin əsas rəqibi kimi çıxış edən Enrike Rikelme artıq öz seçki kampaniyasını tədricən ictimaiyyətə təqdim etməyə başlayıb. O bildirib ki, “Real Madrid” üçün növbəti 15-20 ili əhatə edən uzunmüddətli layihə hazırlayıb və klubun gələcəyini təmin edəcək böyük planlara malikdir.

İddialara görə, Enrike Rikelmenin layihəsində almaniyalı məşqçi Yurgen Kloppun komandaya gətirilməsi nəzərdə tutulur. Bundan əlavə, “Mançester Siti”nin futbolçusu Rodri və norveçli hücumçu Erlinq Holandın transferi də planlar arasında yer alır.

Məlumata əsasən, Rikelme klubun idarə heyətində də ciddi dəyişikliklər etməyi düşünür. Onun rəhbərliyində Luiş Fiqu və İker Kasilyas kimi “Real Madrid” əfsanələrinin idarə heyətində təmsil olunacağı bildirilir.

Chosen
33
veteninfo.az

1Sources