Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” portuqaliyalı müdafiəçisi Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay bitirdi.
Dioqo Verdaska 2024-cü ilin sentyabr ayında İspaniyanın ikinci liqa təmsilçisi “Mirandes”dən azad agent kimi “Kəpəz”ə keçib. O, cari mövsümdə 31 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Verdaskanın “Kəpəz” karyerası bütövlükdə 61 oyun, 1 qol və 1 assistdən ibarətdir.
Verdaska İspaniyada “Real Saraqosa”nın da uğurları üçün çalışıb. O, “Beytar” (İsrail, Yerüsəlim) və “Şlensk” (Polşa, Vrotslav) klublarında da oynayıb. Müdafiəçi Portuqaliyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
