EN

Beynəlxalq Şerlok Holms Günü qeyd olundu

Dünyanın dörd bir yanındakı detektiv həvəskarları, məşhur personajın yaradıcısı Ser Artur Konan Doylun doğum günündə Beynəlxalq Şerlok Holms Gününü qeyd edirlər.

"Euronews"un verdiyi xəbərə görə, London Şerlok Holms Cəmiyyətinin üzvləri bu çərçivədə İspaniya və digər ölkələrdən gələn pərəstişkarlarla birlikdə detektivin ədəbiyyat tarixinin ən məşhur ölüm səhnəsini canlandırmaq üçün İsveçrədəki Rayxenbah şəlaləsinə səfər ediblər.

Viktorian dövrünün geyimlərini geyinən cəmiyyət üzvləri, 1893-cü ildə yazılmış "Son Problem" hekayəsində Şerlok Holms ilə onun qatı düşməni Professor Moriartinin şəlalədən aşağı yuvarlandığı o tarixi anı yenidən canlandırıblar.

Müəllif Konan Doyl əvvəlcə detektiv hekayələrini bitirmək üçün bu ölümü uydursa da, oxucuların kəskin etirazlarından sonra geri addım ataraq qəhrəmanı təxminən on il sonra yenidən sağ olaraq geri qaytarmışdı.

Müasir detektiv janrının formalaşmasında mühüm rol oynayan bu əfsanəvi qəhrəmanın xatirəsi həm də Londondakı məşhur "Baker Street 221B" ünvanında yerləşən ev-muzeyi vasitəsilə yaşadılır.

Bu unudulmaz obraz bu günə qədər bir çox məşhur aktyor tərəfindən kinoya uyğunlaşdırılıb və bu ilin əvvəlində təqdim olunan "Young Sherlock" serialı ilə populyar mədəniyyətdəki yerini qorumağa davam edir.

Chosen
22
1
kulis.az

2Sources