EN

Tanımadığı kişi bulvarda məşqçiyə qeyri etik hərəkət etdi

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Gimnastika məşqçisi Nəzrin Kərimova bulvarda video çəkərkən bir kişinin hücumuna məruz qalıb.

Axşam.az xəbər verir ki, Nəzrin bununla bağlı sosial şəbəkədə video yayımlayıb. O bildirib ki, kişi ona yaxınlaşaraq qeyri-etik ifadə işlədib.

"Özümü videoya çəkərkən arxadan bir kişi hiss etdirmədən mənə yaxınlaşıb və fiziki təmas edərək təcavüz etdi. O mənə əxlaqsız sözlər dedi. Çəkiliş üçün istifadə etdiyim ştativlə həmin şəxsi vurandan sonra yumruqla çənəmə zərbə endirdi. Mən ona müqavimət göstərdikdə bıçaq çıxarıb üzərimə gəldi, həmin vaxt yaxınlıqdan keçən bir oğlan ona qışqıraraq fikrini yayındırdı və mən oradan uzaqlaşaraq mühafizəçiləri axtarmağa başladım".

Nəzrin əlavə edib ki, başqa bir şəxs ona kömək edib.

Daha sonra şərhlərdə yazılıb ki, bulvarda xanıma qarşı əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törətmiş şəxs artıq müəyyən edilib. Əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
axsam.az

1Sources