EN

Komandası qələbə qazandı, Nəriman isə...

ABŞ MLS liqasında 15-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı “Kolambus Kryu” növbəti oyununa çıxıb. 

Sözügedən komanda doğma meydanda “Atlanta" ilə qarşılaşıb. 

Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi matçda Nəriman sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Hazırda 15 oyundan sonra hesabında 16 xal olan “Kolumbus Kryu” turnir cədvəlində 10-cu pilləsində mövqe tutub.

Chosen
29
fanat.az

1Sources