ABŞ MLS liqasında 15-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı “Kolambus Kryu” növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda “Atlanta" ilə qarşılaşıb.
Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi matçda Nəriman sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
Hazırda 15 oyundan sonra hesabında 16 xal olan “Kolumbus Kryu” turnir cədvəlində 10-cu pilləsində mövqe tutub.