“İmişli”nin baş məşqçisi Jorje Kaşkilya Misli Premyer Liqasının 33-cü turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı 1:1 hesablı heç-heçə nəticələnən matçla bağlı bunları söyləyib:
"Oyun barədə danışmazdan əvvəl deyəcəklərim var. Çempionatdakı məqsədlərimizə səbrlə nail olmuşuq. Oyunçulardan tutmuş texniki heyətə, azarkeşlərə, bir sözlə, hər kəsə təşəkkür edirəm. Azərbaycanda işləməyimdən çox razıyam. Azərbaycanla bağlı pozitiv düşüncələrim var.
Oyuna gəlincə, 1:1 ədalətli nəticə oldu.
Vida açıqlaması? İndiki məqamda ailəmi və istirahətimi düşünürəm. Adımın başqa klublarla hallanması, o cümlədən "İmişli"də qalmaq istəməməyim barədə xəbərlər həqiqəti əks etdirmir".
Mirağa