EN

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kiyev, 23 may, AZƏRTAC

Ukrayna kəşfiyyatının etdiyi məruzə, eləcə də Amerika və Avropa tərəfdaşlardan alınan məlumatlar Rusiyanın "Oreşnik" raket sistemindən istifadə edərək zərbə endirməyə hazırlaşdığını göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” səhifəsində məlumat verib.

O əlavə edib: “Ukrayna ərazisinə, xüsusən də Kiyevə müxtəlif silahlardan istifadə edərək birgə zərbə endirməyə hazırlıq əlamətləri görürük. Yuxarıda qeyd olunan ortamənzilli silahlar belə həmin zərbənin bir hissəsi ola bilər. Bu axşamdan başlayaraq hava hücumu siqnallarına şüurlu şəkildə cavab vermək vacibdir. Həyatınızı qoruyun – sığınacaqlardan istifadə edin”.

“Dünyanın cavabına və bunun post-faktum reaksiyası olmayacağına, əksinə, qabaqlayıcı reaksiya olacağına ümid edirik - Moskvaya müharibəni qızışdırmamaq üçün təzyiq göstərməliyik. Hava hücumundan müdafiə sistemlərimizi bacardığımız qədər hazırlayırıq və Rusiyanın hər bir zərbəsinə ədalətli cavab verəcəyik. Bu müharibə bitməlidir, bizə sülh lazımdır”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
3
azertag.az

10Sources