Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub.
Publika.az Modern.az-a istinadla xəbər verir ki, azərbaycanəsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib.
Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, Donetsk vilayəti istiqamətində baş verən şiddətli döyüşlərin birində həlak olub.