EN

"Qarabağ" 3 futbolçusu ilə əməkdaşlığa son qoyduğunu rəsmən bəyan etdi

"Qarabağ" 3 futbolçusu ilə yolları ayırdığını rəsmən açıqlayıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə əməkdaşlığa son qoyulub.

İcarə əsasında komandada çıxış edən Sami Mmae isə məxsus olduğu Zaqreb "Dinamo"suna qayıdıb.

Ağdam təmsilçisi vidalaşdığı futbolçulara klubda çıxış etdikləri müddətdə nümayiş etdirdikləri peşəkarlığa, komandanın uğurlarına verdikləri töhfəyə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Chosen
11
fanat.az

1Sources