EN

“Dolların qlobal sistemdə gücü zəifləyə bilər” İQTİSADÇI

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ Federal Ehtiyat Sistemində rəhbərlik dəyişdi. Cerom Pauell dövrü başa çatdı, Kevin Vorş yeni rəhbər kimi vəzifəyə başladı.

Maraqlıdır ki, Donald Tramp illərlə Pauellə açıq mübarizə aparırdı. Faizlərin yüksək saxlanmasına görə onu dəfələrlə tənqid edir, iqtisadiyyatı daraltdığını deyirdi. Hətta müəyyən dövrlərdə istefa verməsi üçün siyasi təzyiq edirdi.

İndi isə həmin Tramp yeni rəhbərin andiçmə mərasimində yeni FED rəhbərinə deyir ki, müstəqil işləyin, qərarlarınızı sərbəst verin, mənə baxmayın.

Düzü, bu ritorika mənə heç də səmimi görünmür.

Çünki FED-in müstəqilliyi tribunalarda quru sözdə deyil, siyasi maraqlara zidd qərar verə bilməsilə ölçülür.

Cerom Pauellin məhz qısamüddətli siyasi rahatlıq yox, uzunmüddətli maliyyə sabitliyi məntiqi ilə hərəkət etməyə çalışırdı. İnflyasiya ilə mübarizədə sərt qərarlar verdi, bazarın xoşuna gəlməyən addımlar atdı, amma FED-in institusional ağırlığını qorumağa çalışdı.

Yeni rəhbər Kevin Vorş isə ilk çıxışında daha çox optimist mesajlar verdi. Dedi ki, inflyasiya azalacaq, gəlirlər artacaq, iqtisadiyyat daha güclü olacaq.

Bu cümlələr siyasət üçün çox rahat və cəlbedici səslənir. Amma maliyyə sistemi populyar olmayan qərarlar hesabına ayaqda qalır, belə boş vədlərlə yox.

Əlqərəz, məncə, Cerom Pauell indiki rəhbərdən daha güclü və daha sərt institusional fiqur idi. ABŞ dollarının və FED-in uzunmüddətli etibarı üçün də daha doğru yanaşma sərgiləyirdi.

Yeni yanaşmanın isə orta və uzun müddətdə ABŞ maliyyə sistemi üçün Pauell dövründən daha uğurlu nəticə verəcəyini düşünmürəm. Bunu da zaman göstərəcək.

Eldəniz Əmirov

İqtisadçı 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
icma.az

1Sources