Cüdo üzrə Azərbaycan millisi İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edib.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesi 18–23 may tarixlərini əhatə edib.


Beynəlxalq təlim-məşq toplanışı iyunda Monqolustanda keçiriləcək "Böyük Dəbilqə" və Çindəki qran-pri tunirlərinə hazırlıq məqsədi daşıyıb.