AZ

Cüdoçularımız İspaniyada təlim-məşq toplanışında olublar

Cüdo üzrə Azərbaycan millisi İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edib.

Bu barədə "Cebheinfo.az"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesi 18–23 may tarixlərini əhatə edib.

Beynəlxalq təlim-məşq toplanışı iyunda Monqolustanda keçiriləcək "Böyük Dəbilqə" və Çindəki Qran-pri tunirlərinə hazırlıq məqsədi daşıyıb.

"Cebheinfo.az" 

Seçilən
25
7
cebheinfo.az

9Mənbələr