EN

Prezident: "WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü"

“Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq toplantı olan daha bir mühüm qlobal tədbirə — WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu”.

Bu barədə Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı edilən paylaşımda bildirilib. 

“Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik. Təxminən 60 min iştirakçı ilə rekord sayda iştirakçını bir araya gətirən WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü”, - paylaşımda qeyd olunub.

"Cebheinfo.az" 

Chosen
23
5
cebheinfo.az

7Sources