EN

Qubada yol çökdü Üç kəndin rayon mərkəzi ilə əlaqədi kəsildi

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Quba rayonunda yolda çökmə hadisəsi baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 22-də Quba-Tüləkəran yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Yolda baş verən çökmə nəticəsində rayonun Aşağı Tüləkəran, Yuxarı Tüləkəran və Tülər kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Quba Rayon İcra Hakimiyyətinin Tüləkəran İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədhüseynov faktı təsdiqləyib.

O bildirib ki, rayon Fövqəladə Hallar Komissiyası dərhal əraziyə baxış keçirib, yolun bərpası istiqamətində işlərə başlanılıb:

"Hadisə leysan yağışlar nəticəsində baş verib. Nəticədə Aşağı və Yuxarı Tüləkəran kəndlərinin tam, Tülər kəndinin isə 60 faizinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda həmin kəndlərin rayon mərkəzinə gəlməsi üçün alternativ yol çəkilir. Yaxın vaxtlarda alternativ yolun çəkilişi başa çatacaq və əhalinin rayon mərkəzinə gəliş-gedişi bərpa olunacaq".

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
61
1
baku.ws

2Sources